AZ

Bəşər tarixində əlifba yazısının ən qədim nümunəsi tapıldı

Cons Hopkins Universitetinin amerikalı arxeoloqları Suriyada məzarın qazıntıları zamanı bəşər tarixində əlifba yazısının ən qədim nümunəsini tapıblar.

“Science Daily” jurnalının xəbərinə görə, alimlər Suriyanın ən qədim şəhər mərkəzlərindən biri olan Umm-el Marrada qədim məzarlarda arxeoloji qazıntılar aparıblar.

Kəşf Amerika Xarici Araşdırmalar Cəmiyyətinin (ASOR) illik toplantısında təqdim edilib.

Alimlər Orta Şərqin ən qədim şəhərlərindən birinin yerləşdiyi Umm əl-Mərrada Tunc dövrünə aid məzarlıqda insan barmağının uzunluğunda simvolla örtülmüş gil silindrlər aşkar ediblər.

Bundan əlavə, oradan altı skelet, qızıl və gümüş zinət əşyaları, mətbəx qabları, nizə ucu və bütöv keramika qablar aşkar edilib.

Radiokarbon tarixi göstərdi ki, əlifba silindrləri eramızdan əvvəl 2400-cü ildə yaradılıb ki, bu da məlum olan ən qədim yazı nümunələrindən təxminən 500 il qədimdir.



Seçilən
0
1
trt.net.tr

2Mənbələr