AZ

Azərbaycanın xaricdən aldığı dərmanlar 20% bahalaşıb

2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycana 430,5 milyon dollar dəyərində 17,3 min  ton əczaçılıq məhsulları idxal edilib.

FED.az bu barədə  Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə miqdar baxımından  5 min 890 ton və ya 25,4%, məbləğ baxımından isə  51,8 milyon  dollar və ya 10,7% azdır.

Ötən ilin eyni dövrü ərzində Azərbaycan xaricdən 482,3 milyon dollarlıq 23,2 min ton dərman almışdı.

Xatırladaq ki, cari ilin yanvar-oktabr aylarında əczaçılıq məhsullarının idxalı Azərbaycanın ümumi idxalının 2,59%-nə bərabər olub.

Hesabat dövründə idxal edilən dərmanın 1 kq-nın orta idxal qiyməti 42 manat 28 qəpiyə başa gəlib ki. bu da illik müqayisədə 6 manat 94 qəpik və ya 19,6% çoxdur. Ötən ilin müvafiq dövrünə bu göstərici 35 manat 34 qəpik idi.

Seçilən
13
fed.az

1Mənbələr