AZ

İlham Əliyev 2 fərman imzaladı

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, "Konstitusiya Məhkəməsi haqqında” və "Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 53-VIIQD nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb.

Aktual.az fərmanın mətnini təqdim edir:

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikasının 2005-ci il 3 may tarixli 906-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında” Əsasnamənin 9-cu və 9-2-ci (hər iki halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Əsasnamənin 9-cu və 9-2-ci (birinci halda) maddələrində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

1.3. həmin Əsasnamənin 9-2-ci (ikinci halda) maddəsində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, "Konstitusiya Məhkəməsi haqqında” və "Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 53-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 6, maddə 491 (Cild I) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1.1. aşağıdakı məzmunda 7.7-1-ci və 10.4-3-cü bəndlər əlavə edilsin:

"7.7-1. Yüksəkixtisaslı miqrantlar;”;

"10.4-3. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi ilə bağlı müraciətlərinə baxılmasına dair müvafiq məlumatların toplanılması, rəylərin alınması, nəticənin təqdim olunması və bu barədə məlumatların Sistemə daxil edilməsi;”;

1.2. 11.2.0-cı yarımbəndə "icazə” sözündən sonra ", şəxslərin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi” sözləri əlavə edilsin;

1.3. aşağıdakı məzmunda 11.4.5-ci, 11.5.8-ci və 11.6.4-cü yarımbəndlər əlavə edilsin:

"11.4.5. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi ilə bağlı verilmiş rəylər və əldə edilmiş məlumatlar;”;

"11.5.8. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi ilə bağlı verilmiş rəylər və əldə edilmiş məlumatlar;”;

"11.6.4. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi ilə bağlı verilmiş rəylər və əldə edilmiş məlumatlar;”;

1.4. 11.9-cu bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 11.10-cu bənd əlavə edilsin:

"11.10. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsində iştirak edən digər dövlət orqanları (qurumları) tərəfindən:

11.10.1. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi ilə bağlı verilmiş rəylər və əldə edilmiş məlumatlar.”.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti bu Fərmandan irəli gələn məsələləri həll etsinlər.

Seçilən
6
4
ulusum.az

10Mənbələr