17:35 - "Modern Construction Group" QSC 2-ci dəfə bildiriş dərc edib.
Şirkət bu bildirişində nizamnamə kapitalının 2 milyon 780 min manata azaldığını elan edib. Belə çıxır ki, şirkətin nizamnamə kapitalı 1 milyon 899 min manat azaldılıb.
XXX
11:43 - "Modern Construction Group" QSC-nin nizamnamə kapitalı 1 milyon 639 min manat azaldılıb.
Marja.az Şirkətin Bildirişinə istinadən xəbər verir ki, "Modern Construction Group" QSC nizamnamə kapitalının 3 milyon 40 min manata azaldığını elan edib.
Şirkət 4 milyon 679 min manat nizamnamə kapitalına malik idi.
"Modern Construction Group" QSC obyektlərin tikintisi fəaliyyətilə məşğul olur. 2002-ci ildə dövlət qeydiyyatına alınmış şirkətin qanuni təmsilçisi Quliyev Arif Avtandil oğludur. Şirkətin hüquqi ünvanı AZ1052, Bakı şəhəri Nərimanov rayonu, Əhməd Rəcəbli, ev.25 B, m.5-ci mərtəbədir.