AZ

Keçmiş direktor Bakı şəhər Mədəniyyət Baş İdarəsini nədə ittiham edir?

Mirzağa Əliyev adına Mədəniyyət Evində təsərrüfat müdiri, daha sonra isə Gürgən Mədəniyyət Evində direktor vəzifəsində işləmiş İlham Şahverdiyev Bakı şəhər Mədəniyyət Baş İdarəsi arasında məhkəmə çəkişməsi davam edir. 

Qaynarinfo xəbər verir ki, birinci məhkəmə instansiyası İlham Şahverdiyevin iddiasını təmin etmədiyinə görə apellyasiya şikayəti verib. 

Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq. Məhkəmə çəkişməsi əmək münasibətləri ilə bağlıdır. Pərviz Hüseynov iş üzrə hakim təyin edilib. 

İlham Şahgəldiyev bundan əvvəl Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyevi məhkəməyə verimişdi. Bu işin nəticəsi haqqında açıq mənbələrdə məlumat yoxdur. 

İlham Şahgəldiyev Bakı şəhər Mədəniyyət Baş İdarəsini onun saxta arayış tərtib etməkdə ittiham edir. "Müdir mənim adıma saxta ərizə yazıb sənədin içinə qoyub. Əmək müfəttişliyinə ötürəndə əlində tutmuşam. Bununla bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etdim. Qurum qanun pozuntusunu aşkarlayıb,  işə bərpa olunmağımla bağlı məsələ qaldırdı. Amma əməl edən yoxdur", deyə o, mediaya açıqlamasında bildirib. 

Seyid 
Seçilən
5
2
qaynarinfo.az

3Mənbələr