“Görün, bizdə nə boyda futbolçu qıtlığı var, bunun üzərində dayanmırıq.
Amma qarşıdakı Avropa və dünya çempioantlarınınfinal mərhələsinə vəsiqə qazanmaqdan danışırıq”.
“Neftçi”nin sabiq idman direktoru Ceyhun Sultanov bu açıqlama ilə çıxış edib.
O, ATV kanalında yayımlanan “Futbolumuz” verlişində ölkənin daxili futbol həyatının gərginlik içində olduğunu bildirib.
Qonaq deyib ki, problemlər çoxdur, fəqət ondan danışan yerli mütəxəssislərə heç kim inanmır.
Sitat: "Bizə inanmırlar, əcnəbilər gəlib xarici dildə yalan danışanda inanırlar. Millətlər Liqasında D Liqasından aşağıda daha liqa yoxdur.
Həmin liqa olsa, biz dörd ildən sonra ora da düşəcəyik. Çünki biz futbolda bir addım irəli atıb, iki addım geri gedirik”.
SPORTİNFO.AZ