AZ

Ekspert:Qısa vaxt aralığında xüsusi rejimdə mobillik təmin olunub

COP29 ərəfəsində maşınların azaldığını gördük və bu hal insanları çox məmnun etdi. Çünki həm az tıxac, həm də az maşınlar var idi. Bildirilib ki, nəqliyyatda 40 faiz azalma ediləcək.  40 faiz azalma zamanı bilirik ki, tək avtobuslar bu işi yerinə yetirə bilməyəcək. İmkan olan yerlərdə tramvay xətlərinin çəkilməsi daha məqsədə uyğun olmazmı? Həm tıxacsız, həm də insanlar istədikləri yerə vaxtında çatarlar. Yaxın zamanlarda tramvay xəttləri çəkilə bilərmi? 
 
Yol-nəqliyyat məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev açıqlamasında qeyd edib ki, COP29 dövründə xüsusi bir rejim tətbiq olunmuşdu:
“Məktəblər, universitetlər tətilə buraxılıb, dövlət müəssisələrinin 70 faiz işçilərinin məsafədən işləməsi təmin olunub, şəhərin daxilindəki marşrut şəbəkəsi tamam dəyişdirilib, bəziləri müvəqqəti ləğv olunub. Yəni bu qısa vaxt aralığında xüsusi rejimdə mobillik təmin olunub. Ancaq böyük şəhərin mobilliyindən danışırıqsa, burada çeşidli üstünlüyü təmin edilmiş, sabit maliyyəsi təmin olunmuş ictimai nəqliyyat növləri təqdim edilməlidir. Bunun isə məsafədən asılı olaraq fərqli həlləri ola bilər. Bunların bəziləri bu il ərzində artıq tətbiq olunur. Yəni qısa məsafəli mikromobillik zolaqları artıq 30 km-ə çatıb. Hətta nəzərdə tutulub ki, 100 km-ə çatdırılsın. Digər tərəfdən avtobus zolağı şəbəkəsi genişlənir. Çox güman ki, yaxın illərdə davamı gələcək. COP zolaqlarının bəziləri də tədbirlər bitəndən sonra ümumi avtobus zolağı şəbəkəsinə əlavə olunacaq. Həmçinin avtobus parkı da yenilənir. Ancaq avtobus daşıyıcılarının dayanıqlılığını təmin edən Brutto müqavilələrə keçid hələ ki, yubanır. Yəni təqdim olub, lakin təsdiqi gözlənilir. Bu isə avtobus daşıyıcılarının da daha effektiv fəaliyyət göstərməsinə, banklardan kreditin cəlb olunmasına və avtobus parkının daha sürətli yenilənməsinə gətirib çıxaracaq",
 
Ekspert qeyd edib ki, ekoloji cəhətdən təmiz nəqliyyat növləri elektrikli relsli nəqliyyatlardır:
"Şəhər daxili metro şəbəkəsinin inkişafına dair Avropa investisiya bankı ilə ilkin memerendum imzalanıb. Çox güman ki, yaxın illərdə 9 yeni stansiyanın tikilməsini müşahidə edəcəyik. Ümumiyyətlə şəhərətrafı yerüstü metro funksiyasını daşıyan elektrik qatarı dəmiryoludur. Düşünürəm ki, onun da genişləndirilməsi həm baş planda nəzərdə tutulub. Bu Abşerondan üzü şəhərin mərkəzinə doğru mobilliyin təminində çox önəmli paya sahib ola bilər. Lakin dəmiryolu xətlərində həm sağlamlaşdırma işləri görülməlidir, həm də qatarların sayını artırmaq üçün müvafiq sifarişlər olmalıdır. Bununla yanaşı şəhərdə yüngül reysli dəmiryolu sistemi, yəni tramvayların qaytarılmasına ehtiyac var. Bu baş planda da qeyd edilib”.
 
(sherg.az)
Seçilən
15
1
avtosfer.az

2Mənbələr