AZ

Lavrov: “Bayden Trampa pis miras buraxmağa çalışır” - VİDEO

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ prezidenti Co Bayden administrasiyasının Ukraynaya qarşı hərəkətlərini Donald Trampın gələcək işinə müdaxilə cəhdi kimi qiymətləndirib.

Bizim.Media xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
 

"Baydenin Ukraynanın ATACMS, “Storm Shadow” və SCALP raketlərindən istifadəsinə icazə vermək qərarında növbəti administrasiya üçün mümkün qədər pis bir miras buraxmaq niyyəti hiss olunur”, - o bildirib.


Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden Ukraynaya Rusiyanın dərinliklərini ATACMS raketləri ilə zərbələr endirməyə icazə verib.


Bizim.Media

Seçilən
18
bizim.media

1Mənbələr