AZ

DSX zabiti: Sərhədçilər xidmət etdikləri ərazidə mədəni abidələri, flora və faunanı da qoruyurlar

Sərhədçilər xidmət etdikləri ərazidə mədəni abidələri, flora və faunanı da qoruyurlar.

Bu sözləri Report"un Qazaxa ezam olunmuş əməkdaşına "Qazax" Əlahiddə Sərhəd Diviziyasına təşkil olunan mediatur zamanı Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının hərbi qulluqçusu polkovnik-leytenant Elnur Abdullayev deyib.

O bildirib ki, 19 aprel 2024-cü ildə Qazax rayonunun işğalda olan dörd kəndi Prezident İlham Əliyevin siyasəti nəticəsində bir güllə belə atılmadan azad edilib:

"Bu kəndlərdə hazırda sərhədçilər xidməti yüksək səviyyədə təşkil edir. Eyni zamanda sərhədçilər xidmət etdikləri ərazidə mədəni abidələri, flora və faunanı qoruyurlar. Hazırda arxamızda olan "Avey" Dövlət Tarix-Mədəniyyət Qoruğu yeddinci əsrdə tikilib. Bu qoruq Qazax rayonun Daşsalahlı kəndində yerləşir. Qoruq həm DSX-nin Sərhəd Qoşunları və Mədəniyyət Nazirliyi tərəfindən qorunur. Hazırda yerləşdiyimiz yüksəklik Subsaksiz yüksəliyi adlandırılır".

Seçilən
12
3
far.az

7Mənbələr