AZ

Alonso tələsmək istəmir

Xabi Alonsonun mövsümün sonunda “Bayer-04”dən ayrılmaq ehtimalı hələ də yüksəkdi.

Baş məşqçi gələcəyi haqda qərarını verməyə tələsmir. “Marca” nəşrinin məlumatına görə, o, 2025-ci ilin martında qərar verəcək. Bir sıra mənbələr 42 yaşlı ispaniyalı mütəxəssisin yayda “Real”a təyinat alacağını xəbər versə də, hazırda tərəflər arasında heç bir razılıq yoxdu. Alonsonun qərarının “Bayer-04”ün futbolçularının transferlərinə təsirinin olmayacağı da qeyd olunur. Qeyd edək ki, bir müddət əvvəl Florian Virtsin Madridə Alonso ilə birlikdə yollanacağı iddia edilmişdi.

Yeri gəlmişkən, məşqçinin Almaniya klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdi.

Seçilən
12
football-plus.az

1Mənbələr