AZ

“Atdan yıxılmışam” – Rasim Balayev səhhətindən şikayətləndi

Xalq artisti Rasim Balayev səhhətindən danışıb.

Heftelik.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə,  teleproqramlardan birində qonaq olan aktyor müalicə aldığını bildirib.

“Bir az ayağımda problem var. “Babək”, “Dədə Qorqud” və bir türk filmində çəkiləndə atdan yıxılmışam. 60 yaşına qədər özünü bildirmədi. Sonra özünü göstərdi. Bəzən kabinetdə oturanda belə yırtıq yaranır. Əsəbi sıxır və sol ayağıma vurur. Tez-tez fizoterapiyaya gedirəm. Deyirlər qocalığı boynuna alma. Necə alma, bədəndə hiss olunur. Əsas odur ruh cavan olsun. Ruhum cavandı, amma cismim qocalıb. Cismim 77, ruh yaşım 25-dir”- deyə o bildirib.

Seçilən
15
19
heftelik.az

10Mənbələr