Pakistanın şimal-qərbində silahlı şəxslərin şiə müsəlmanları daşıyan avtomobillərə atəş açması nəticəsində 6-sı qadın olmaqla azı 42 nəfər həlak olub.AFN.az "Associated Press"ə istinadən xəbər verir ki, bu barədə Pakistan polisi məlumat yayıb.Bölgədə son illərdə ən qanlı hücumlardan birində daha 20 nəfər yaralanıb.Yerli polis ən azı 10 sərnişinin vəziyyətinin ağır olduğunu bildirib.Hadisə son aylarda əksəriyyəti sünni müsəlmanlar və azlıqda olan şiələr arasında məzhəblərarası toqquşmalarda onlarla insanın həlak olduğu Hayber Paxtunxva əyalətinin Kurram bölgəsində baş verib.İnsidentə görə heç kim məsuliyyəti üzərinə götürməyib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta