AZ

Yaponiyada “Asiya NATO-su” ideyası müzakirəyə çıxarılır - VİDEO

Yaponiyanın yeni Baş naziri Siqeru İsibanın sədrlik etdiyi hakim Liberal Demokrat Partiyası onun tərəfdarı olduğu ideyanı - “Asiya NATO-su”nun yaradılması perspektivlərini gələn həftə müzakirəyə çıxaracaq.

Kyodo agentliyinin məlumatına görə, müvafiq ideyanın müzakirəsi üçün partiya daxilində yeni struktur yaradılacaq.

Siqeru İsiba seçki kampaniyası zamanı Yaponiyanın müdafiə qabiliyyətinin gücləndirilməsinin, regionda “Asiya NATO-su” və kollektiv təhlükəsizlik sisteminin qurulmasının tərəfdarı olduğunu bildirib. O, həmçinin Hudson İnstitutu üçün yazdığı məqalədə ABŞ-ın nüvə raketlərinin Asiya regionunda yerləşdirilməsini və həmin silahlara “birgə sahiblik” perspektivinin müzakirə olunmasını təklif edib.

Korrespondent.az xatırladır ki, bir ara Çin də regionda NATO-nun analoqunu yaratmaq istəyirdi.

Ətraflı videomaterialda:

 

Seçilən
2
1
korrespondent.az

2Mənbələr