AZ

“Rabitəbank”ın vergi borcu yaranıb

“Rabitəbank” Açıq Səhmdar Cəmiyyətinin (ASC) vergi borcu yaranıb.

Ölkə.Az İqtisadiyyat.az-a xəbər verir ki, bankın hazırda Dövlət Vergi Xidmətinə olan borcu 13 882,02 manat təşkil edir.

Bankın bu vergi borcunu ödəməməsinin səbəbi məlum deyil. Amma Vergi Məcəlləsinin 23-cü maddəsinə əsasən vergi borcunun gecikdirilməsinə görə sanksiyalar nəzərdə tutulub.

Xatırladaq ki, “Rabitəbank” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 101 300 077,19 manatdır.

Bankın səhmlərinin 40,6 %-i Rauf Əliyevə (“Meqa Sığorta” ASC-nin 19 %-lik səhmdarı), 30 %-i Validə Abbasovaya, 11,48 %-i Zakir Nuriyevə (Bankın Müşahidə Şurasının sədri), 9,11 %-i Dilarə Nuriyevaya, 7,6 %-i Seyran Nuriyevə (Bankın Baş direktoru), 1,07 %-i Aslan Xasiyevə (Bankın Müşahidə Şurasının üzvü), 0,14 %-i isə 12 hüquqi şəxsə məxsusdur.

Seçilən
15
olke.az

1Mənbələr