AZ

10 ayda aqrar sektora 63 milyon güzəştli kredit verilib –Bəs arzu olunan nəticə niyə yoxdur?

2024-cü ilin yanvar-oktyar ayları ərzində Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən aqrar sektorda fəaliyyət göstərən 3360 fiziki və hüquqi şəxsə 63,4 milyon manat məbləğində güzəştli kredit verilib.

Azpost.info bildirir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin “Kənd Təsərrüfatı” Bülletenində bildirilir.

Bunun 48,3 milyon manatı texnika və avadanlıq təyinatlı kreditlər, 1 milyon manatı güzəştli kreditlər, 14,1 milyon manatı mikro kreditlərdir.

Həmin dövr ərzində Agentik tərəfindən 5208 baş damazlıq heyvan (4410 baş iri buynuzlu, 798 baş xırdabuynuzla) alışına 15,2 milyon manat, habelə texnika və avadanlıqların alışı üçün 70,9 milyon manat güzəştli vəsait ayrılıb.

2024-cü ilin yanvar-oktyar ayları ərzində Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 8726 kənd təsərrüfatı texnikasının satışı maliyyələşib.

Xatırladaq ki, bir neçə gün əvvəl Hesablama Palatasının “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə verdiyi rəyində bəyan edib ki, kənd təsərrüfatına verilən subsidiyalar arzuolunan nəticə vermir.

Hesabatda bildirilir ki, aqrar sahəyə davamlı olaraq subsidiyalar verildiyi halda, kənd təsərrüfatı üzrə əlavə dəyərin ÜDM-də payında müsbət dinamika müşahidə olunmur. 2017-ci illə müqayisədə 2023-cü ildə bitkiçilik sahəsinə verilmiş subsidiyalar 2,2 dəfə, 1 hektara düşən subsidiya 2,4 dəfə artmış, subsidiya vahidinə düşən bitkiçilik məhsulunun dəyəri isə 12,2% azalıb.

Qeyd edilib ki, 2025-ci ildə Aqrar Kredit və İnkişaf Agentliyinə 484,5 mln. manat subsidiya proqnozlaşdırılmışdır ki, bu da 2024-cü ilin proqnozundan 41,6 mln. manat və ya 9,4% çoxdur.

Dövlət büdcəsindən maliyyələşdirilən subsidiyaların (əkin, məhsul, toxum, heyvan və s.) 2020-ci ildən etibarən Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi vasitəsilə verilməsi şəffaflığın artırılmasında mühüm addım olsa da, subsidiyaların nəticəlilik baxımından müsbət təsirləri arzuolunan səviyyədə deyil.

Belə ki, 2025-ci ildə bu istiqamətdə xərclərdə 2024-cü ilin proqnozu ilə müqayisədə 9,4% artım nəzərdə tutulduğu halda, bitkiçilik və heyvandarlıq sahələrində istehsalın illik artımının cəmi 0,1 faiz bəndi olması gözlənilir.

 

Azpost.info

Seçilən
18
azpost.info

1Mənbələr