AZ

Ərdoğan Bakıda keçirilən COP29-dan danışdı

"Bakıda keçirilən COP29 Liderlər Zirvəsində ətraf mühit və iqlim dəyişiklikləri məsələlərinin qorxuducu həddə çatdığını bir daha yaxından gördük. Ötən əsrdə bir damla nefti, axan insan qanından daha dəyərli sayan materialist zehniyyət dünyamızın çox əzab çəkməsinə səbəb oldu".

"Unikal" xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən I Enerji Forumunun rəsmi açılış mərasimində çıxışı zamanı bildirib.

"Afrikadan Asiya, Latın Amerikasına qədər getdiyimiz hər bölgədə gözünü pul, qızıl və gümüş bürümüş anlayışın arxasında qoyduğu dərin ağrılara rast gəlirik. Müstəmləkəçilər yalnız insanları qətlə yetirmədilər. Onlar milyonlarla məsum insanla bərabər, böyük bir ətraf mühit qətliamı da törətdilər. “Yeddi bacı” adı ilə tanınan neft şirkətlərinin I Dünya müharibəsi başda olmaqla, son əsrdə bəşəriyyətin üzləşdiyi bir çox müharibə, çevriliş, münaqişə və qətliamda əlləri olduğu məlum bir həqiqətdir. Diktatorlar, çevrilişçilər və zülmkarlar tərəfindən enerji mənbələri idarə edilərkən, insan həyatı, azadlıqlar və ədalət heç sayıldı. XXI əsrdə istismara və tamaha əsaslanan bu amansız sistemin davam etməsi mümkün deyil. İnsana və ətraf mühitə lazım olan dəyər verilmədən, dünyada sülh və əmin-amanlıq təmin oluna bilməz", - deyə Türkiyə lideri qeyd edib. 

Seçilən
16
50
unikal.az

10Mənbələr