AZ

“Bakı Sığorta” ləğv edilir

“Bakı Sığorta” ləğv olunduğunu elan edib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ1007 Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr küçəsi, ev 120, mənzil 6-cı mərtəbə ünvanına bildirə bilərlər.

Xatırladaq ki, 26 sentyabr 2024-cü il tarixindən sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 105.1.1-ci maddəsinə müvafiq olaraq, “Bakı Sığorta” Açıq Səhmdar Cəmiyyətinin könüllü müraciəti əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası”, “Daşınmaz əmlakın icbari sığortası” və “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası” növlərinə verilmiş icazələrin ləğv edilməsi yolu ilə lisenziyasının qüvvəsi məhdudlaşdırılmışdı.

Seçilən
4
18
nocomment.az

10Mənbələr