AZ

NATO Rusiyanı dayandıra bilmir - Bu tarixdə təcili toplantı keçiriləcək

Rusiyanın Ukraynaya qitələrarası ballistik raket atmasını və hərbi əməliyyatları müzakirə etmək üçün NATO toplantı keçirəcək.

 

Sfera.az xəbər verir ki, bu haqda məlumarı “Reuters”ə danışan NATO rəsmisi bildirib.

 

Xatırladaq ki, bir müddət öncə Ukrayna ABŞ və Böyük Britaniya istehsalı olan ATACMS və “Storm Shadow” balistik raketləri ilə Rusiya ərazisini vurduqdan sonra Rusiya Ukraynaya qitələrarası ballistik raket atıb. ABŞ Müdafiə Nazirliyi bu hücumdan əvvəl Rusiyadan məlumat aldıqlarını bildirib.

 

Bu hadisədən sonra NATO alyansı təcili toplantı keçirir. Brüsseldəki görüş çərşənbə axşamı baş tutacaq. NATO müttəfiqlərinin nümayəndələri Ukrayna tərəfi ilə görüşəcəklər. İclasda müzakirə olunacaq məsələlər barədə məlumat verilməsə də əsas mövzunun Ukraynadakı müharibənin gələcəyi və Ukrayna ordusuna hərbi sursatların verilməsi olacağı ehtimal edilir.

 

Qeyd edək ki, NATO toplantısı Rusiya qüvvələrinin Ukraynanın şimal-şərqində irəlilədiyi bir zamanda keçiriləcək. Rusiya Ukrayna ərazisinin təxminən 20 faizinə nəzarət edir. Son iki ayda onların irəliləyişində, xüsusən də Xarkov vilayətinin şimal-şərqində yerləşən logistik baxımdan əhəmiyyətli olan Kupyansk şəhərinə doğru irəliləmələrində əhəmiyyətli sürətlənmə müşahidə olunub. Açıq mənbələrdən əldə edilən məlumatlara görə, Rusiya qüvvələri 2022-ci ilin martından bəri ən sürətli irəliləyişi əldə edib.

 

Rusiya rəsmiləri bəyan ediblər ki, bu irəliləyiş təkcə hərbi uğur deyil, həm də Ukraynanın logistik və strateji imkanlarına ciddi zərbə vurub.

 

Vasif

Sfera.az

 

Seçilən
25
sfera.az

1Mənbələr