AZ

Millətlər Liqası: Türkiyənin pley-offdakı rəqibi bilindi

Türkiyə yığmasının UEFA Millətlər Liqasındakı rəqibi müəyyənləşib.

7Times.az  xəbər verir ki, “ay-ulduzlular” A/B Liqası pley-offunda Macarıstanla qarşılaşacaq.

Bundan başqa, Ukrayna Belçika, Avstriya Serbiya, Yunanıstan isə Şotlandiya ilə üz-üzə gələcək.

Qalib komandalar növbəti mövsüm A Liqasında, məğlublar isə B Liqasında mübarizə aparacaqlar.

Qeyd edək ki, Türkiyə millisi ilk matçını martın 20-də evdə, cavab görüşünü isə 3 gün sonra səfərdə keçirəcək. Vinçentso Montellanın rəhbərlik etdiyi kollektiv B Liqasının 4-cü qrupunda 11 xalla ikinci olub.

Seçilən
1
15
7times.az

10Mənbələr