AZ

Lüksemburq parlamenti Azərbaycana qarşı qətnamə çıxardı- növbəti qərəz...

Image

Akif Nağı: “Lüksemburqun Azərbaycana qarşı hər hansı bir qətnamə qəbul edib “tələb qoyması” çox gülünc görsənir”

Məlum olduğu kimi, noyabrın 20-də Lüksemburq Deputatlar Palatası Azərbaycana qarşı qərəzli qətnamə qəbul edib. Bütün antiazərbaycan təşkilatlarından fəqrli yanaşma sərgiləməyən Lüksemburq Deputatlar Palatası da “qanunsuz məhbus”, “söz azadlığının boğulması” kimi saxta ittihamlar səsləndirib. 

Eyni zamanda iddia edirlər ki, Azərbaycan AŞPA deputatlarına qarşı tətbiq etrdiyi sanksiyanı aradam qaldırmalıdır. Təbii, qəbul etdikləri kağız parçasında gerçəklikdən əsər-əlamət yoxdur. 

Bakının uğurla ev sahibliyi etdiyi COP29 tədbiri bunları o qədər qıcıqlandırıb ki, bilmirlər nə etsinlər. Ona görə də belə qərəzli qətnamələr qəbul etməklə özlərinə təsəlli verirlər.

“Avropada çirkli pulların yuyulmasına görə Lüksemburq öndə gedən bəlkə də birinci ölkədir”

Azad Vətən Partiyasının sədri Akif Nağı “Bakı-Xəbər”ə şərhində “Cırtdan Lüksemburq özünü Avropada böyük siyasətin subyektinə çevirməyə cəhd göstərir. Lüksemburq öz problemləri ilə məşğul olsa daha yaxşı olar. Bildiyimə görə, Avropada çirkli pulların yuyulmasına görə Lüksemburq öndə gedən bəlkə də birinci ölkədir. Bankları İsveçrə banklarında qeydiyyatdan keçib və o banklarda da çox qaranlıq əməliyyatlar həyata keçirilir. Lüksemburq sözünün hərfi mənası, məncə, “kiçik qıfıl” deməkdir. Orta əsrlərdə hücumların qarşısını almaq üçün çoxlu qalalar tikib özlərini müdafiə ediblər. İndi də özlərini müdafiə etsələr daha yaxşı olar, yoxsa ayaqlar altında qalarlar. Azərbaycana qarşı bu cür qərəzli mövqe sərgiləmək onların nə başının, nə boyunun işi deyil. Hansısa bir ölkə başqa ölkəyə qarşı qətnamə qəbul edib tələb mövqeyindən də çıxış edir ki, onun “tələbləri” mütləq yerinə yetirilməlidir. Burada heç bir məntiq yoxdur. Lüksemburq Amerikanın yerişini yerimək, onun ayaqqabısını geyinmək istəyir? ABŞ-ın nümunəsi çox mənfi bir nümunədir və bütün dünyada qəbul olunmur, əks reaksiyalar var. Məsələn, hər il Çində insan haqlarının pozulması ilə bağlı hesabat hazırlanır, ABŞ-da insan haqlarının pozulması ilə bağlı nümunələr ortaya qoyulur. Artıq başqa ölkələrdə də bu nümunədən istifadə olunur. ABŞ-ın dediklərini heç kəs nəzərə də almır. Halbuki, vaxt vardı ABŞ-ın dediyi dərhal başqa ölkələr tərəfindən yerinə yetirilirdi, çünki bilirdilər ki, onun ardınca təzyiq gələcək. ABŞ-ın ciddi təzyiq vasitələri var. Amma artıq Amerikanın da sözləri havadan asılı qalıb, kağız üzərində qalır, heç bir təsir imkanı yoxdur. Heç kəs də onların fikri ilə razılaşmır. ABŞ böyük dövlətdir, amma başa düşür ki, bu artıq-əskik söhbətlərə, qətnamələrə son qoymaq lazımdır. Başqa dövlətlərə qoyduqları sanksiyalar da artıq öz təsirini itirib, bu sanksiya siyasəti ABŞ-ın özündə yaxşı qarşılanmır. 

Fransadır, Lüksemburqdu, başqa onlar kimi dövlətlər ABŞ-ın yolu ilə getməyə çalışırlar, amma özlərini çox gülünc vəziyyətə salırlar. Lüksemburqun Azərbaycana qarşı hər hansı bir qətnamə qəbul edib “tələb qoyması” çox gülünc görsənir. Lüksemburq hansı haqla bu cür mövqedən çıxış edir? Hesab edirəm ki, bunlar özlərini itiriblər, öz dövlətlərin statusu, mövqeyi və gücü ilə bağlı məsələlər yaddan çıxıb. Lüksemburq özünə dönüb baxsın, öz imicini yada salsın, çünki Avropanın bütün qara işləri bu ölkə vasitəsilə həyata keçirilir”. 

A.Nağı qeyd etdi ki, Avropanın çirkli pulları yuması və başqa qara əməlləri Lüksemburq vasitəsilə gerçəkləşdirilir, bu baxımdan, öz daxili işləri ilə məşğul olsalar yaxşıdır. “Digər tərəfdən, Lüksenburq Deputatlar Palatasının irəli sürdüyü ittihamların heç bir əsası yoxdur.  Bunlar “tələb” edirlər ki, Avropa Şurası Parlament Assambleyasının deputatlarına qarşı Azərbaycan dövlətinin tətbiq etdiyi qadağalar ləğv olunsun. Siz kimsiniz ki, o tələblə çıxış eidrsiz, ikincisi də, niyə ləğv edilməlidir? Azərbaycan məntiqli şəkildə onların qərəzli mövqeyinə qarşı əks mövqeyini ortaya qoyub. Onlar da Azərbaycanın bu mövqeyi ilə hesablaşmalıdırlar və nəticə çıxarmalıdırlar. O kimi ölkələri bizim üstümüzə salmaqdansa, boş, mənasız qətnamələr qəbul etdirməkdənsə, AŞPA-nın həmin deputatları öz etdikləri hərəkətin məsuliyyətini dərk etməlidir”. 

A.Nağı deyir ki, çıxış yolu o deputatların antiazərbayan mövqeyindən geri çəkilməsi, qərəzə son qoymasıdır. “Qeyd edirlər ki, Azərbaycanın sanksiya tətbiq etdiyi deputatların ikisi də Lüksemburqu təmsil edir. O deputatların Azərbaycana girişinə qadağa qoyulması ölkəmizin öz daxili işdir və burada qanundan kənar heç nə yoxdur. Azərbaycanın məntiqi də var ortada. Yəni o deputatlar ölkəmizə qarşı qərəzli mövqe tutduğu üçün onların Azərbaycana daxil olmağa ixtiyarları yoxdur. Bu, dünyada qəbul olunmuş bir normadır”-deyə A.Nağı bildirdi. 

A.Nağı əlavə etdi ki, Lüksemburq Deputatlar Palatasının qəbul etdiyi qətnamədə əks olunan iddiaların heç bir əsası yoxdur...

İradə SARIYEVA 





Seçilən
12
baki-xeber.com

1Mənbələr