AZ

"Rəsmi Paris COP29-a kölgə sala bilmədi" - Elçin Xalidbəyli

"Rəsmi Paris COP29-a kölgə sala bilmədi" - Elçin Xalidbəyli"Fransanın beynəlxalq səviyyədə Azərbaycana qarşı apardığı böhtan və təzyiq kompaniyası iflasa uğradı . Fransanın COP29-a kölgə salma cəhdləri, bəzi ölkələrə COP29-a getməmə çağrışları hətta səhnə arxasında COP29-da iştrakdan imtina etməklə bağlı təlqinləri baş tutmadı. Rəsmi Paris COP29-a kölgə sala bilmədi. Bu baxımdan hesab etmək olar ki, Makronun hakimiyyətinin Azərbaycana qarşı yürütdü böhtan və iftra kompanyası iflasa uğrayıb, heç bir nəticə vermədi".

Bunu Sonxeber.az-a politoloq Elçin Xalidbəyli danışıb.

O, açıqlamasında qeyd edib ki, Azərbaycan Fransanın cinayətlərini bütün dünyaya çatdırmaqdan çəkinmir:

"Fransanın da COP29-a gəlməməsi bu önəmli tədbirin keçirilməsinə heç bir neqativ təsir göstərmədi. Azərbaycanın sülh çağırışlarına qarşı törətdiyi təxribatlar da artıq elə bir ciddi nəticə vermir. Yəni, bütün bunlar onu göstərir ki, Rəsmi Parisin Bakı ilə qarşıdurma siyasəti Fransanın özünün əleyhinə çevrilmək üzrədir. Çünki, Azərbaycan dövlətinin də Fransaya verəcək cavabı mövcuddur. Fransanın beynəlxalq müstəmləkəçilik siyasətinin əsas aparıcı dövlətlərindən biri olması Bakının Fransaya qarşı cavab reaksiyasında olduqca önəmli rol oynayır. Hazırda Bakı Fransanın müstəmləkə bölgələrində törətdiyi soyqırımları beynəlxalq hərbi cinayətləri dünya ictimaətinin diqqətinə çatdırmaqda aparacı rol oynayan əsas dövlətdir. Azərbaycan Fransanın cinayətlərini bütün dünyaya çatdırmaqdan çəkinmir. Bu istiqamətdə də olduqca böyük irəlləyişlər əldə edə bilib. Hazırda Fransa öz cinayətləri ilə baş-başa qalıb və bu da Fransa üçün, Azərbaycana qarşı apardığı təxribat siyasətinin məntiqi nəticəsidir. Makron hakimiyyəti bundan nəticə çıxartmalıdır, əks halda Fransanın beynəlxalq biyabırçılığı daha da genişlənməkdğ davam edəcək. Çünki, Azərbaycan Afrikadan qovulmaqda olan Fransanın Cənubi Qafqaza yerləşmək cəhdlərini qarşısını almaqda israrlıdır. Fransa nə qədər ermənipərəst mövqe tutsa da Azərbaycan həm Ermənistanın, həm də Fransanın Cənubi Qafqazdakı "məkirli oyunlar"nın bloklanması imkanlarına malik olan güclü bir dövlətdir, regional liderdir. Cənubi Qafqaz regionun siyasi iradə mərkəzdir, bu səbəbdən də əgər rəsmi Paris bu siyasətini davam etdirərsə Cənbu Qafqaza uzaqdan baxmaqda davam edəcək, oraya yerləşmək imkanlarını tamamilə itirəcək".

Vüsalə İbrahimli

Seçilən
29
sonxeber.az

1Mənbələr