AZ

Azərbaycanın İtaliya ilə ticarət dövriyyəsinin həcmi 30% azalıb

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanla İtaliya arasındaticarət əməliyyatlarının həcmi 9 milyard 571 milyon 745 min ABŞdolları təşkil edib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbərverir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard928 milyon 362 min ABŞ dolları (29,09%) azdır.

Hesabat dövründə İtaliya ilə ticarət dövriyyəsi Azərbaycanınümumi ticarət dövriyyəsinin 24,31 %-i həcmində olub.

10 ayda Azərbaycan İtaliyaya 9 milyard 128 milyon 881 min ABŞdolları dəyərində məhsul ixrac edib ki, bu da ötən ilin eyni dövrüilə müqayisədə 30,6% azdır. Bu dövrdə Azərbaycanın ümumi məhsulixracının 40,14%-i İtaliyanın payına düşüb.

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycan İtaliyadan məhsulidxalını illik müqayisədə 28,8% artıraraq, 442 milyon 863 min ABŞdollarına çatdırıb. Dövr ərzində İtaliya ilə idxal əməliyyatlarıölkənin ümumi idxalının 2.66%-ni təşkil edib.

Məqalədə:
Seçilən
44
3
az.trend.az

3Mənbələr