AZ

Pərviz Şahbazov: "Azərbaycan enerji layihələri üzrə regional əməkdaşlığı gücləndirəcək"

Azərbaycanın energetika naziri Pərviz Şahbazov qaz təchizatı və bərpa olunan enerji sahəsində regional layihələr üzrə tərəfdaşlarla birgə təşəbbüslərin genişləndirilməsi planlarını açıqlayıb.

Missiya.Az report-a istinadən xəbər verir ki, bu planları P. Şahbazov İstanbulda keçirilən enerji forumunun "Dayanıqlı gələcək üçün çağırışlar və imkanlar" sessiyasında çıxışı zamanı səsləndirib.

Nazir Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyənin dövlət neft-qaz şirkəti "BOTAŞ" ilə Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) də daxil olmaqla iri layihələrin həyata keçirilməsi çərçivəsində uğurlu qarşılıqlı fəaliyyətini vurğulayıb.

Onun sözlərinə görə, bu təşəbbüslər enerjiyə artan tələbatın ödənilməsi və iqlim dəyişikliyi ilə mübarizə üçün beynəlxalq əməkdaşlığın nə qədər vacib olduğunu nümayiş etdirir.

P.Şahbazov, həmçinin bərpa olunan enerji mənbələri ilə yanaşı enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynamağa davam edən təbii qazın əhəmiyyətini qeyd edib: "Biz bütün qarşıya qoyulmuş vəzifələrin həlli üçün zəruri regional əməkdaşlığı təmin etməliyik. Bizim belə qarşılıqlı fəaliyyətin genişləndirilməsi üçün böyük planlarımız var".

Seçilən
8
1
missiya.az

2Mənbələr