AZ

Güllərin nə məna verdiyini bilirdiz?

Fərqli gözəllikləri və qoxuları olan çiçəklər mənaları ilə də önəm daşıyırlar.

Hər çiçəyin fərqli mənaları var.

Hit.az xəbər portal güllərin mənasını təqdim edir: 

Qırmızı qızılgül sevgini ifadə edir. Sevgilərini etiraf etməyə çalışan kişilər adətən ilk növbədə qırmızı qızılgüldən istifadə edirlər. Bütün kişilər sevdiyi qadınlara qırmızı qızılgül hədiyyə edirlər. 

Ağ qızılgül məsumluğu, saflığı və təmizliyi təmsil edir. Əsasən, evlilik təklifi edəcək kişilər, ağ qızılgül seçirlər.

Nərgiz gülü özünə aludə olmaq mənasını verir. 

Sarı və qırmızı qərənfillər kədəri təmsil edir.

Qırmızı lalə sevginin rəngidir. 

Çobanyastığı baharı gətirən bir çiçəkdir. Görünüşü ilə xoş təsir bağışlayan füsunkar və sevimli çiçəklər sırasındadır.

Məşhur güllərdən olan zanbaq isə təmiz sevgiyə xoşbəxtliyə, harmoniyaya işarə edir. 

Qırmızı zanbaq sevgi etirafıdırsa, sarılar münasibətə görə sevinmək deməkdir.

Sevinc
 

Seçilən
27
hit.az

1Mənbələr