AZ

Ruslar Ukrayna mövqelərinə “Niva” və “06”-larla hücum edir - “BILD” analitiki

Yazını böyüt
Yazını kiçilt

Cəbhədəki Rusiya ordusu “Niva” və “06”lardan istifadə edərək hücuma keçirlər.

Hafta.az  “UNİAN”-a istinadla xəbər verir ki, bu barədə “BILD”-in açıq məlumatların təhlili üzrə eksperti Yulian Repke məlumat paylaşıb. O, cəbhə xəttindən çəkilən qeyri-adi görüntülərə diqqət çəkib.

“Bir videoda dörd rus əsgəri VAZ-2106 (“nol altı”) avtomobili ilə Ukraynanın mövqelərinə hücum edib və Ukrayna pilotsuz təyyarələri tərəfindən məhv edilib”, - analitik bildirib.

Bundan əvvəl Repke zirehli texnika çatışmazlığı səbəbindən rus işğalçılarının əsgərləri cəbhə xəttinə Çin qolf arabalarında çatdırdığını bildirib.

“Yeni görüntülər göstərir ki, ruslar Ukraynada irəliləmək üçün zirehli maşınlar, tanklar və ya Çin avtomobillərindən deyil, mülki “Lada”lardan istifadə edirlər”, - deyə müşahidəçi bildirib.

Repke qeyd edib ki, minik avtomobilləri zirehli maşınlar üçün nəzərdə tutulan tapşırıqları qismən yerinə yetirməlidir. “Bu, inanılmaz bir işdir, biz Ukraynanın təqdim etdiyi kadrlardan görürük ki, bu, böyük itkilərə səbəb olur... Bunlar heyrətləndirici görüntülərdir, çünki dünyanın ikinci ordusu adlandırılan ordu "Lada"larla irəliləməyə məcburdur”, - deyə Repke istehza ilə vurğulayıb.

Seçilən
25
hafta.az

1Mənbələr