AZ

Kənd və qəsəbələrində insanlar bankomat problem yaşayır



Bu gün Azərbaycanın saysız-hesabsız kənd və qəsəbələrində insanlar bankomat problem yaşayır. Ödənişlər, əsasən də pensiyalar verilən zaman rayon mərkəzlərinə qış, qar, buz demədən axın olur. Bankomat qarşısında yaşlı, ahıl, əlil insanlardan ibarət xoşagəlməz mənzərələr yaranır.
Təbii ki bankların öz arqumeti var. Müştəri azlığı, təhlükəsizlik məsələləri və xərc yüksəkliyi kimi məsələlər onları bu işdə maraqsız edir.
Amma bunun regional inkişafin təşviqi, iqtisadi inklüzivlik, rəqəmsal ödənişlərin təşviqi, fiziki bank filiallarinin yükünü azaldilmasi, sosial və iqtisadi inkişafin dəstəklənməsi və digər müsbət tərəfləri də var.
Lap tutaq ki, birbaşa iqtisadi səmərəsizlik faktoru digər müsbətləri üstələdiyi üçün addım atılmır. Bəs Korporativ Sosial Məsuliyyət?
Hesab edirəm ki, kəndlərdə bankomatların quraşdırlması ən yüksək Korporativ Sosial Məsuliyyət (KSM) davranışı olardı. Banklar, bu cür addımlar atmaqla yalnız öz maliyyə məqsədlərini deyil, həm də cəmiyyətə və sosial mühitə qarşı məsuliyyətlərini yerinə yetirmiş olurlar.
Bir faktı qeyd edək ki, Korporativ Sosial Məsuliyyət üzrə xərclər artıq dünyada 30 milyard dollara çatır. Çünki, KSM fəaliyyəti böyük şirkətlərin artıq səviyyə indekatorlarından birinə çevrilir.

Eldəniz Əmirov
Seçilən
16
1
newscenter.az

2Mənbələr