AZ

Anjela Paçon: Ümidvaram ki, COP29-da daha çox vəsait vəd edən maliyyələşmədə irəliləyiş olacaq

Ümidvaram ki, COP29-da karbon bazarlarında, həmçinin uyğunlaşma üçün daha çox vəsait vəd edən maliyyələşmədə yaxşı irəliləyiş olacaq.

Bu sözləri AZƏRTAC-a açıqlamasında ABŞ-ın Pensilvaniya Universitetində Enerji Siyasəti üzrə İqlim Mərkəzinin xüsusi məsləhətçisi Anjela Lusiya Paçon Qarsiya söyləyib. O, tədbirin təşkilatçılığının möhtəşəm olduğunu da deyib: "COP29-da iştirakçıları konfrans keçirilən məkana avtobuslarla gətirməklə uğurlu bir iş görüblər. Bu, çox yaxşı bir fikirdir. COP29 iştirakçılarına kömək edən könüllülər ordusunu xüsusi vurğulamaq istəyirəm. Onların hamısı mehriban, yardımsevər olmaqla yanaşı ingiliscə çox gözəl danışırlar".

Seçilən
24
xalqqazeti.az

1Mənbələr