AZ

Rusiya benzin ixracına qoyulan qadağanı vaxtından əvvəl ləğv edir

Rusiya hökuməti benzinin ixracına sentyabrın 1-dən cari ilin sonunadək qoyulan qadağanı vaxtından əvvəl  aradan qaldırmağı planlaşdırır.

 

Senzor.az-ın yerli KİV-ə istinadən məlumatına görə, Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib ki, bu qərarla bağlı müvafiq sənədlər yaxın günlərdə hazırlanacaq.

 

O konkret tarix açıqlamasa da, qadağanın dekabrın ilk günlərində ləğv ediləcəyinə eyham vurub.

 

"Əsas prioritet daxili ehtiyacların təminatıdır. Daxili bazarda profisit yaranarsa, benzinin ixracına icazə veriləcək", - Novak vurğulayıb.

Seçilən
23
1
senzor.az

2Mənbələr