AZ

Türkiyə klubunun baş məşqçisi qətlə yetirildi

Türkiyənin 3-cü liqa komandalarından "Çorluspor 1947"nin baş məşqçisi Ersin Aka qətlə yetirilib.

Herbiand.az xəbər verir ki, hadisə günorta vaxtı, Çorlu şəhərində baş verib.

46 yaşlı mütəxəssis yolda gedərkən maskalı naməlum şəxsin silahlı hücumuna məruz qalıb. O, qan içində yerə yıxılıb və ağır yaralanıb. Hücum edən şəxs isə onu gözləyən avtomobilə minərək qaçıb. Ətrafdakıların xəbəri ilə Ersin Aka xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı araşdırma davam edir. 

Seçilən
23
2
herbiand.az

10Mənbələr