AZ

Rusiyada yaşayan azərbaycanlıların nəzərinə:

Rusiya vətəndaşlığı alan, lakin andiçmə prosedurunu keçməyən əcnəbilər bu il noyabrın 23-dən Rusiya vətəndaşlığı statusundan məhrum ediləcəklər.

 

Oxu.az-ın verdiyi məlumata görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyi xəbərdarlıq yayıb.

 

Qurumdan bildirilib ki, andiçmə müddəti noyabrın 22-də başa çatır.

 

"23 noyabr 2024-cü il tarixindən belə şəxslər Rusiya vətəndaşlığını əldə etməmiş hesab olunacaqlar və onların Rusiya vətəndaşlığına qəbul edilməsi barədə qərarlar etibarsız sayılacaq", - deyə məlumatda vurğulanıb.

 

Qeyd etmək lazımdır ki, Rusiya vətəndaşlığı alarkən andiçmə öhdəliyi 2017-ci il sentyabrın 1-dən tətbiq edilib. Buna görə də yeni qaydalar bu tarixdən əvvəl Rusiya vətəndaşı olanlara və ya vətəndaşlıq alarkən and içməkdən azad edilənlərə aid deyil.

Seçilən
0
16
senzor.az

10Mənbələr