AZ

"İdeal oynamasaq da, qələbə qazana bildik" - Elmar Baxşıyev

“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev "Kəpəz" ilə Misli Premyer Liqasının 14-cü turu çərçivəsində keçirdikləri matçı dəyərləndirib.

Fanat.Az xəbər verir ki, Naxçıvan təmsilçisinin baş məşqçisi səfərdə 2:0 hesabı ilə üalib gəldikləri oyunla bağlı fikirlərini belə çatdırıb:

"Kəpəz" son oyunlarda yaxşı performans göstərirdi. Buna görə ağır olacağını bilirdik. İdeal oynamasaq da, komanda şəklində əzmkarlıq göstərib qələbə qazana bildik. Layiqli qələbə qazandıq. Urfan Abbasovun ciddi zədəsi yox idi, sadəcə, diskamfort hiss edirdi. Ona görə, bu gün heyətdə yox idi.
Mustafa haqqında çox danışılır. Özünə də tövsiyyə etmişəm ki, çox danışmasın. Çünki hələ heç nə etməyib. İlk növbədə artırmalı, öz üzərində işləməlidi.
Liderliyə yiyələnməyimiz üzərimizdə təzyiq yaratmır. Şəxsən mən hansısa təzyiq hiss etmirəm, elə yetirmələrim də. Amma nəticələrə aldanmamalıyıq. Sabah fərqli nəticə də ola bilər. Düşünürəm ki, xüsusilə hücum planında artıra bilərik. Rəngarəng oynamalıyıq". 

Mirağa

Seçilən
11
fanat.az

1Mənbələr