AZ

Qazaxıstanlı qadın sahibkar Azərbaycanla əməkdaşlığın perspektivlərindən danışıb

Postsovet ölkələri arasında neft sənayesinin əsas rol oynadığı ən çox oxşar inkişaf modellərini Azərbaycan və Qazaxıstanın iqtisadiyyatları nümayiş etdirir. Eyni zamanda, Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın mərkəzi mövzusu iqtisadiyyatın şaxələndirilməsidir.

Bunu AZƏRTAC-a açıqlamasında Türkdilli Dövlətlərin Sahibkar Qadınlar Şurasının sədri Lazzat Ramazanova deyib.

“İnkişaf modellərinin oxşarlığı təcrübə mübadiləsi, yeni istiqamətlərin axtarışı və birgə inkişaf üçün əlverişli şərait yaradır. Biz yanaşmaları təhlil edirik və effektiv qarşılıqlı fəaliyyət üçün yollar axtarırıq”, -deyə agentliyin həmsöhbəti vurğulayıb.

Onun sözlərinə görə, ortaq türk kökləri və oxşar iqtisadi çağırışlar tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsinin güclü əsasını təşkil edir.

Ramazanova kənd təsərrüfatı, yüngül sənaye və kreativ iqtisadiyyatı Azərbaycan və Qazaxıstan arasında qarşılıqlı fəaliyyətin prioritet istiqamətləri kimi qeyd edib.

O bildirib ki, Qazaxıstan karbohidrogen hasilatından asılı olmasına baxmayaraq, 2060-cı ilə qədər tam karbon neytrallığına nail olmağı qarşısına məqsəd qoyub. Azərbaycan da ciddi niyyətlər nümayiş etdirir, bunu bu il COP29-a ev sahibliyi etməsi də sübut edir.

Şura sədri əlavə edib ki, Türk Dövlətləri Təşkilatı iştirakçı ölkələr arasında ikitərəfli əlaqələrin inkişafına diqqət yetirir və mütəmadi görüşlərin keçirilməsi daha səmərəli iqtisadi əməkdaşlığın qurulmasına imkan verir.

Struktur rəhbəri türk dövlətlərinin qadın sahibkarlarının Biznes Forumunda “Turkic Business Hub” beynəlxalq rəqəmsal platformasının yaradılması haqqında Sazişin imzalandığını xatırladıb. Platformanın məqsədi türk ölkələrindən olan sahibkarların birgə fəaliyyəti üçün əlverişli şərait yaratmaq, ticarət dövriyyəsini artırmaq və qadın biznesi üçün yeni imkanlar açmaqdır.

“Qazaxıstan platforma hazırlamağı və türk dövlətlərindən olan bütün tərəfdaşların iştirakını təmin etməyi öhdəsinə götürüb”, -deyə Ramazanova bildirib.

Seçilən
12
yeniazerbaycan.com

1Mənbələr