AZ

"Dneprə ballistik zərbə müharibəni necə dəyişəcək?" - ISW

"Putin vaxtaşırı nüvə dəyənəyini oynadan dalaşqandır, onun "qırmızı xətləri" isə blefdir..."
 
Ukraynanın Dnepr şəhərinə "Oreşnik" ballistik raketi ilə zərbə endirilməsi və Rusiya hakimi Vladimir Putinin bəyanatları təcavüzkar ölkənin zərbə imkanları və ya nüvə silahının tətbiqi riskində ciddi dəyişiklikdən xəbər vermir.
 
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın müharibənin öyrənilməsi İnstitutunun (ISW) analitikləri yazıb.
 
Hesabatda deyilir ki, işğalçılar müntəzəm olaraq Ukraynaya nüvə yükü daşıya bilən "İsgəndər" ballistik raketləri, "Kinjal" hipersəsli ballistik raketlər, habelə "X-101" qanadlı raketlərlə zərbələr endirir.
 
Bundan əvvəlki, o cümlədən Dneprə hücumlar sənaye imkanları və kritik infrastruktura yönəlib və xeyli ziyan vurub.
 
ISW qeyd edir ki, bu hücumu əvvəlkilərdən fərqləndirən yalnız yeni "Oreşnik" raketidir. Məsələn, qəsbkarların nümayiş etdirdiyi döyüş sursatı bir-neçə hissələrə parçalanaraq daha çox zərər vurub. Bundan başqa, Kreml bununla nüvə təhlükəsi riskini gücləndirmək istəyib.
 
ISW qeyd edir ki, Qərb belə təhlükələrdən çəkindirmək üçün etibarlı alətlərə malikdir, ona görə də Putin tərəfindən nüvə silahı ilə hədələr müttəfiqləri Ukraynaya bundan sonra da yardım göstərilməsindən çəkindirməməlidir.
 
"2024-cü ilin sentyabrında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Berns Qərb siyasətçilərinə Putinin nüvə ritorikasından çəkinməməyə çağırış edib və onu "vaxtaşırı nüvə dəyənəyini  oynadan dalaşqan" adlandırıb", - analitiklər qeyd edib.
 
Ekspertlərin fikrincə, Putinin noyabrın 21-də verdiyi bəyanat "nüvə dəyənəyini" oynatmaqdır, onun bu yaxınlardakı təhdidləri isə Qərbin Ukraynanın uzaqvuran silahlardan Rusiya ərazisinə istifadə etməsinə qadağanın götürülməsinə cavabıdır.
 
Lakin ISW xatırladıb ki, Müdafiə Qüvvələri artıq çoxdandır ki, Rusiyanın öz tərkib hissəsi hesab etdiyi Krıma zərbələr endirir. 2023-cü ilin aprelindən USQ müntəzəm olaraq işğalçıların yarımadadakı hərbi obyektlərinə Amerikanın ATACMS və Britaniyanın "Storm Shadow" raketlərilə zərbələr endirir.
 
ISW qeyd edib ki, Kreml tərəfindən "qırmızı xətlər" barədə ritorikadan istifadə edilməsi son dərəcə qeyri-ardıcıl olub, bu da eskalasiya barədə ümumi narrativi sarsıdır.
 
"Putin müstəqil və ardıcıl olaraq müharibəni qızışdırır, hər dəfə Qərb dövlətlərinin Ukraynaya dəstəyini dərinləşdirəndə cavab tədbirləri görməkdən imtina edir. 
 
Bundan öncə diktator Qərb ölkələrinin Ukraynaya reaktiv artilleriya, tanklar, döyüş təyyarələri və Rusiyaya zərbələr endirmək imkanının veriləcəyi təqdirdə təhdid edib. Oərb onun təhdidlərini blef adlandıranda o, daima öz fikirlərinin istiqamətini dəyişib", - analitiklər yazıb.
Seçilən
23
moderator.az

1Mənbələr