AZ

Rusiya satdığı qazın pulunu almağın yollarını axtarır - Peskov

ABŞ-ın “Qazprombank”a qarşı sanksiyalar tətbiq etməsindən sonra Rusiya satdığı qazın pulunu almağın yollarını tapacaq.

Musavat.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib:

“Bəzi variantlar tapılacaq, Rusiya kimi bir ölkəyə qarşı tam bloklayıcı tədbirlər mümkün deyil”.

Onun sözlərinə görə, variantların tapılması "bir az vaxt apara bilər": "Ancaq həll yolu mütləq tapılacaq" .

Qeyd edək ki, noyabrın 21-də ABŞ Xəzinədarlığı “Qazprombank” da daxil olmaqla 50 Rusiya bankını sanksiya siyahısına daxil edib. Bu isə Rusiya neft-qazına görə ödənişlərin həyata keçirildiyi yeganə bankla əməliyyatların dayandırılması deməkdir. Artıq Rusiyadan qaz alan Serbiya və Macarıstan ABŞ-ın qərarına etirazlarını bildiriblər.

Musavat.com

Seçilən
36
3
musavat.com

4Mənbələr