AZ

Sosial Xidmət Agentliyinin 1,6 milyonluq tenderi ləğv edildi

Sosial Xidmətlər Agentliyinin ofis sahəsinin və anbarın icarəsi ilə bağlı elan etdiyi tender ləğv edilib. 

Valyuta.az xəbər verir ki, tenderin ləğv olunması iddiaçılarının sayının üçdən az olması ilə bağlıdır. 

"Dövlət satınalmaları haqqında" Qanunun 36.1.1-ci maddəsinə əsasən satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olduqda satınalma müsabiqəsi ləğv edilir. 

Məlumat üçün deyək ki, ofis sahəsinin və anbarın icarəsi ilə bağlı ehtimal olunan qiymət 1.619.760 manat müəyyənləşdirilmişdi.

Hüseyn

Seçilən
14
valyuta.az

1Mənbələr