AZ

2027-ci ilədək həyata keçirilən “yaşıl enerji” layihələri nəticəsində sərbəstləşən 1,2 milyard kubmetr qazın ixraca yönəldilməsi imkan yaranır - Nazir (FOTO)

Bakı. Trend:

Bərpa olunan enerjinin milli inkişaf proqramı çərçivəsində2027-ci ilədək həyata keçirilən 2 QVt-lıq genişmiqyaslı “yaşılenerji” layihələri nəticəsində sərbəstləşən 1,2 milyard kubmetrqazın ixraca yönəldilməsi imkanı yaranır.

Trend xəbər verir ki, bunuenergetika naziri Pərviz Şahbazov 1-ci İstanbul Enerji Forumuçərçivəsində “Dayanıqlı gələcək üçün çağırışlar və imkanlar”mövzusunda keçirilən nazirlər sessiyasında çıxışında deyib.

Nazir artan enerji tələbatını qarşılamaq, iqlim dəyişikliyi iləmübarizə aparmaq və enerji təhlükəsizliyini gücləndirməklə bağlımüasir enerji çağırışlarının həllində regional və beynəlxalq enerjiəməkdaşlığının vacibliyini vurğulayıb.

Bu kontekstdə, Azərbaycandan 30-a yaxın ölkəyə neft tədarükolunduğu, dekabrdan isə qazla təchiz edilən ölkələrin 12-yəçatacağı, hazırda bu enerji əməkdaşlığının bərpa olunan enerji iləgenişləndiyi qeyd edilib.

COP29 Sədrliyinin enerji təşəbbüslərinin qlobal “yaşıl enerjikeçidi”ni sürətləndirən rolundan da bəhs edilib. Bu təşəbbüslərinAzərbaycanın bərpa olunan enerji sahəsindəki iddialı milli vəbeynəlxalq proqramlarına əsaslandığı bildirilib.

Nazir deyib ki, bərpa olunan enerjinin milli inkişaf proqramıçərçivəsində 2027-ci ilədək həyata keçirilən 2 QVt-lıqgenişmiqyaslı “yaşıl enerji” layihələri nəticəsində sərbəstləşən1,2 milyard kubmetr qazın ixraca yönəldilməsi imkan yaranır.

Bərpa olunan enerjinin inkişafına dair beynəlxalq proqramın birneçə “yaşıl enerji dəhlizi” layihəsindən ibarət olduğu qeyd edilib.“Azərbaycan - Türkiyə - Avropa”, “Xəzər-Qara dəniz-Avropa” və“Mərkəzi Asiya-Azərbaycan” yaşıl enerji dəhlizlərinin enerjitəhlükəsizliyi və enerji keçidində regional enerji əməkdaşlığınıgücləndirəcəyi diqqətə çatdırılıb.

Energetika naziri Pərviz Şahbazov deyib: “Bu gün Bolqarıstanıntəşəbbüsü ilə Gürcüstandan Türkiyə və daha sonra Avropaya “yaşılenerji”nin tədarükü imkanlarını da müzakirə etdik. Bütün buinterkonnektorlar yalnız enerji təhlükəsizliyinə deyil, həm dəqlobal enerji keçidinin sürətlənməsinə töhfə verəcək.”

Türkiyənin energetika və təbii sərvətlər naziri AlparslanBayraktarın moderatorluğu ilə keçirilən müzakirələrdə Gürcüstan,Macarıstan, Bolqarıstan, Moldova, Serbiya, Özbəkistan və Liviyanümayəndələri də iştirak edib.

2027-ci
2027-ci
2027-ci
Seçilən
20
2
az.trend.az

3Mənbələr