İstanbuldakı Sabiha Gökçen hava limanından noyabrın 23-ü üçün nəzərdə tutulan uçuşların 10 faizi ləğv olunub.
Publika.az xəbər verir ki, bu barədə Sabiha Gökçen hava limanı açıqlama yayıb.
Məlumata görə, sabah saat 15:00-a qədər uçuşların bəziləri ləğv edilib. Buna səbəb kimi əlverişsiz hava şəraiti göstərilib.
Sərnişinlərə uçuşlarla bağlı son məlumatları izləmələri məsləhət görülüb.