AZ

7,13 trilyonluq aktivləri idarə edən şirkətin kripto bazarla bağlı planları

ABŞ mərkəzli aktiv idarəetmə nəhəngi "Charles Schwab", kripto spot birjası və investisiya fondları (ETF) bazarına daxil olmağa hazırlaşır.  

Valyuta.Az xəbər verir ki, 7,13 trilyon dollar dəyərində aktivləri idarə edən şirkətin yeni baş direktoru Rik Vurster (Rick Wurster) kripto sahəsində böyük potensial gördüklərini və tənzimləyici mühitin aydınlaşacağı təqdirdə bu sahəyə daxil olacaqlarını bildirib. 

Vurster "Bloomberg"ə verdiyi müsahibədə, ABŞ-da prezident seçilən Donald Trampın (Donald Trump) kriptoya dostyana münasibətinin və Qiymətli Kağızlar və Birja Komissiyasının ("SEC") sədri Qari Genslerin (Gary Gensler) istefa qərarının bu prosesi sürətləndirə biləcəyini vurğulayıb.  

Vurster keçmişdə kriptoya sərmayə qoymadığına görə peşmandır

Rik Vurster kriptovalyutaların son illərdə diqqətçəkən bir aktiv sinfi olaraq önə çıxdığını qeyd edib. O, keçmişdə bu sahəyə sərmayə qoymadığı üçün peşman olduğunu bildirib və xüsusilə "Bitcoin"in gəlirli bir sərmayə vasitəsi kimi yüksəlişini vurğulayıb. Lakin Vurster şəxsi olaraq kripto aktivləri almağı düşünmədiyini, buna baxmayaraq, investorları bu sektora yönləndirməyə çalışdıqlarını qeyd edib.  

"Charles Schwab" müştərilərinə kriptovalyuta sərmayələrində iştirak imkanı yaratmaq üçün bazarı diqqətlə izləyir. Şirkətin bu addımı, xüsusilə gənc investorların kriptovalyutalara marağını artırma potensialına malikdir. Vurster bildirib ki, "Schwab", gənc sərmayəçiləri dəstəkləməklə onların uğur qazanmasına töhfə verməyi qarşısına məqsəd qoyub.  

"Schwab"ın kripto strategiyası və rəqabətçi addımları

Rik Vurster süni intellektin sərvət idarəçiliyi sahəsini köklü şəkildə dəyişdirdiyini vurğulayaraq, "Charles Schwab"ın bu texnologiyanı iş proseslərinin təkmilləşdirilməsi üçün istifadə etdiyini qeyd edib. Şirkət, müştəri məmnuniyyətini artırmaq və sektorun inkişafına töhfə vermək məqsədilə strateji hədəflər müəyyənləşdirib.  

Son aylarda maliyyə nəhənglərinin "Bitcoin" və digər altkoinlərə marağı artdığı halda, "Charles Schwab" da bu sahədə ciddi addımlar atmağa hazırlaşır. Şirkət, kriptovalyutalara artan tələbi qarşılamaq üçün innovativ həllər təqdim etməyi və "Schwab Crypto Thematic ETF" kimi məhsullarla sektordakı rəqabətdə ön sıralarda olmağı hədəfləyir.  

Eyni zamanda, ETF buraxıcılarının XRP və Solana kimi altkoinlərə yönəldiyi bir vaxtda "Charles Schwab"ın təşəbbüsləri, kripto sektoruna olan marağı daha da artırmağa kömək edə bilər.  

Rəhim

Seçilən
15
valyuta.az

1Mənbələr