AZ

İki aktrisa "Kızılcık şerbeti"ndən ayrılacaq - Foto

“Show” TV-də yayımlanan reytinqli “Kızılcık şerbeti” serialında ayrılıq yaşanacaq.

Ölkə.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu dəfə ekran işindən Ezgi obrazını canlandıran Duygu Kocabıyık və Cansu obrazını canlandıran Semra San ekran işi ilə vidalaşacaq.

Onlar serialda ana-qız obrazını canlandırırdılar.

Bundan əlavə, Giray rolundakı Kaan Taşenerin də serialdan ayrılacağı barədə məlumatlar yayılıb.

Qeyd edək ki, işinin 77-ci bölümündən etibarən aktrisa Neslihan Yeldan Nilayın anası Serpil obrazı ilə tamaşaçı qarşısına çıxacaq.

Ölkə.Az

Seçilən
22
olke.az

1Mənbələr