Mən Konqo Demokratik Respublikasından gəlmişəm. Çözüm ölkəsi adlanan yerdən. Niyə ölkə belə adlanır? Çünki bu ölkə ən böyük meşələrə malikdir. Orada bataqlıqlar əmələ gəlir və bunlar karbon verir. Elektrikli avtomobillərə sahib olmaq üçün strateji minerallarımız var, litium da bizdən gəlir. Bu sözləri AZƏRTAC-a açıqlamasında Konqodan olan iştirakçı xanım Prüdans Kiyayu Sibatu söyləyib.
Qonaq Bakıya dünyanın iqlim dəyişmələri ilə bağlı nələr etdiyini eşitməyə gəldiyini deyib: "Biz burada karbon kreditləri uğrunda mübarizə aparmaq və qadınları, gəncləri iqlim dəyişikliyinə qarşı mübarizəyə cəlb etmək üçün toplaşmışıq".
Tarix: 22 Noyabr 2024, 19:51