AZ

Azər Bağırov: “Axır vaxtlar bir az emosional olmuşam”

Misli Premyer Liqasının XIV turunun "Kəpəz" - "Araz-Naxçıvan" matçından (0:2) sonra meydan sahiblərinin baş məşqçisi Azər Bağırovun mətbuat konfransı keçirilib.

"Gəncə azarkeşlərinə təşəkkür edirəm. Komandanı sona qədər dəstəklədilər. İki fərqli hissə izlədik. İlk yarıda oyunumuz alınmırdı. İkinci hissədə dəyişikliklər etdik. Amma qolu vura bilmədik".

- Sarı vərəqə gördüyünüz epizodu necə dəyərləndirirsiz?

- Axır vaxtlar bir az emosional olmuşam. Bu da son oyunlara görədir. Biz də özümüzü tənzimlənməliyik.

- Keçmiş komandanıza məğlubiyyətin məyusluğu var?

- Məğlubiyyətlərin hamısı məyusluq yaradır. Rəqibin fərqi yoxdur. Bu gün önəmli olan "Kəpəz"in xal qazanması idi.

"Zirə"nin kapitanı zədəsini sağaldıb

Anton Krivotsyuk yenidən Azərbaycana qayıdır - Özəl

İlham Yadullayev kimlərə xidmət edir? - U-17 millimizdə skandal

Dadaşov məşqlərə başladı

Mahirin komandası səfər matçına çıxacaq - YENİLƏNİR

Seçilən
11
5
apasport.az

8Mənbələr