Bakı. Trend:
BMT-nin Baş katibi Antonio Quterreş iqlim dəyişikliyi iləmübarizə aparmaq və iqlim ədalətinə nail olmaq üçün beynəlxalqəməkdaşlığın vacibliyinə diqqət çəkib.
Trend xəbər verir ki, o, bubarədə "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"Paris Sazişinə əsaslanan beynəlxalq əməkdaşlıq iqlim fəaliyyətiüçün zəruridir. Geosiyasi fikir ayrılıqları şəraitində ölkələriqlim ədalətini təmin etmək və bizi bəşəriyyət üçün layiqli dünyaqurulmasına yaxınlaşdırmaq məqsədilə COP29 çərçivəsindəbirləşməlidir", - Baş katib qeyd edib.
Qeyd edək ki, COP29 sədrliyinin bu gün yaydığı bəyanatdabildirilir ki, COP29 çərçivəsində iqlim maliyyələşdirməsinin illik250 milyard dollara çatdırılması təklif edilir.
Bəyanata əsasən, Tərəflərin təkliflərinin ilkin nəzərə alınmasıçərçivəsində Yeni Kollektiv Kəmiyyət Hədəfi üzrə qərar inkişafetməkdə olan ölkələr üçün bütün dövlət və özəl mənbələrdən iqlimtədbirləri üçün maliyyələşmənin 2035-ci ilə qədər illik ən azı 1,3trilyon ABŞ dollarına çatdırılması üçün birgə işə çağırır.
Bundan əlavə, inkişaf etmiş ölkələrin təkliflərini nəzərəalaraq, qərar inkişaf etməkdə olan ölkələrdə iqlim təşəbbüslərinidəstəkləmək üçün hazırda inkişaf etmiş ölkələrin iştirakı iləsəfərbər edilən illik 100 milyard ABŞ dollarından 2035-ci ilə qədərminimum 250 milyard ABŞ dollarına qədər artım nəzərdə tutur.
Xatırladaq ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.