AZ

Rusiya benzin ixracına qoyulan qadağanı vaxtından əvvəl ləğv edir

Rusiya hökuməti benzinin ixracına sentyabrın 1-dən cari ilin sonunadək qoyulan qadağanı vaxtından əvvəl  aradan qaldırmağı planlaşdırır.

Korrespondent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib ki, bu qərarla bağlı müvafiq sənədlər yaxın günlərdə hazırlanacaq.

O konkret tarix açıqlamasa da, qadağanın dekabrın ilk günlərində ləğv ediləcəyinə eyham vurub.

"Əsas prioritet daxili ehtiyacların təminatıdır. Daxili bazarda profisit yaranarsa, benzinin ixracına icazə veriləcək", - Novak vurğulayıb.

Seçilən
15
1
korrespondent.az

2Mənbələr