AZ

Lavrov: "Qərbdə də başa düşürlər ki, Ukraynanın yalnız bir hissəsi qalacaq"

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Belarusa iki günlük işgüzar səfər edib. 

 

Sfera.az xarici mediaya istinaən xəbər verir ki, Brestdə o, belaruslu həmkarı Maksim Rijenkovla birlikdə iki ölkənin XİN kollegiyasının birgə iclasında iştirak edib. 

 

Lavrov qeyd edib ki, Moskva və Minsk Qərbin artan təzyiqlərinə diplomatik reaksiya hazırlayır.

 

Sessiyanın sonunda Rusiya və Belarus xarici işlər nazirləri iki ölkənin Xarici İşlər Nazirləri Kollegiyasının birgə sənədlər paketini, o cümlədən sanksiyalara qarşı çıxmaq haqqında bəyannamə imzalayıblar.

 

Lavrov ABŞ-nin Rusiyanın Ukraynadakı hərbi hədəflərinə uzaqmənzilli raketlərlə hücum etmək icazəsinə toxunaraq, Baydenin ABŞ-nin növbəti administrasiyasını mümkün qədər “pis miras” olaraq buraxmağa çalışdığını qeyd edib.

 

Lavrov Belarus gəncləri ilə də görüşüb və qeyd edib ki, Qərb ölkələri Ukraynanın yalnız bir hissəsinin qalacağını anlamağa başlayıblar.

 

İnci 

 

Seçilən
18
sfera.az

1Mənbələr