AZ

Lukaşenko ona sığınacaq verdi

Belarus prezidenti Aleksandr Lukaşenko Polşadan qaçan hakim Tomaş Şmidtə siyasi sığınacaq verib.

Oxu24.com xəbər verir  ki, Belarus liderinin fərmanı öz saytında yerləşdirilib.

Bundan başqa, Lukaşenko vətəndaşlığın verilməsi ilə bağlı bir sıra fərmanlar imzalayıb.

“257 nəfər Belarusun yeni vətəndaşı olub, onlardan 15-i azyaşlıdır. Belarus vətəndaşlığını 16 ölkədən gələn şəxslər alıblar: Ukrayna, Rusiya, Moldova, Qazaxıstan, Ermənistan, Özbəkistan, Türkmənistan, Gürcüstan, Suriya, Fələstin və s.

Bundan əvvəl Belarusa qaçan keçmiş hakim **Polşa pasportunun ləğvi barədə məlumat vermişdi.

Mayın əvvəlində Varşava hakimi məzuniyyəti zamanı Belarusa qaçıb, orada siyasi sığınacaq istəyib və Polşa hakimiyyətini təqib və hədələrdə ittiham edib. Şmidt iddia edirdi ki, respublika rəsmiləri “ölkəni müharibəyə aparır”. Bundan sonra Polşada hakim işdən qovulub, peşə toxunulmazlığından məhrum edilib, casusluq maddəsi ilə cinayət işi açılıb və onun həbsini tələb ediblər. Lukaşenko təhlükəsizlik qüvvələrinə vəkilin təhlükəsizliyini təmin etməyi tapşırıb.

 

Nigar

 

Seçilən
1
29
oxu24.com

10Mənbələr