AZ

Dövlət maraqlarını qorumaq mənəvi borcdur



COP 29 tədbiri artıq yekunlaşmaq üzrədir. Tədbirə münasibətdə açılan müzakirələr çox maraqlı oldu. Bununlada Azərbaycana qarşı olan münasibətin incə nüansları üzə çıxdı. Dost və dost ölkələrin üzündə təbəssüm var və əslində bu siyasi bir təbəssümdür, həm də gələcək münasibətlərin inkişafina bir işarədir. Düşmən və bizi özünə düşmən hesab edən ölkələr isə qara piyar kompaniyasının ən riyakar formasını aparırlar. Bu bizim üçün aydındır və bunun səbəbləridə, nəticələridə bəllidir. Təəssüf edici hal odur ki, bu günləri o ölkələrə haqq qazandıranlar, onların siyasi mövqeyini dəstəkləyən bəzi şəxslər burda və xaricdə yaşayan soydaşlarımızdır. Bu mövqe əslində başa düşülən və bağışlanan deyil. Erməni diyasporasının bəzi ölkələrdə bizə qarşı apardığı gözdənsalma kompaniyasi hamıya bəllidir. Bu diyasporanın gücünündə necə formalaşmasını analiz etmək lazımdır. Biz milli məsələrə gələndə öz lobbiçilik fəaliyyətimizi səfərbər etməli, dövlətimizin maraqlarını təmin etmək üçün bütün gücümüzü birləşhdirməliyik. Amma indi bəzi hallarda əksini görürük. Dövlət maraqlarını qorumaq mənəvi borcdur. O borcu yerinə yetirə bilməyənlər mənasız həyat tərzi yaşayan, xəyanətkarlar sayılır. Dövlətçilik prinsiplərinin əleyhinə gedənlər bu gün siyasi srpriluakasiya edərək guya vətənə canı yanır. Sizin bu vətənə istəyiniz olsaydı bizə düşmən kəsilənlərin mövqeyini müdafiə etməzdiniz. Bizə atılan böhtanlar 100 illərdir davam edir. Bu böhtanları atan, siyasi xəritəni cızan bəzi etibarsız güclərin maraqları bu iyrənc siyasi kursa rəva verib. Fransada ölkənin siyasi strategiyasını quran, beyin mərkəzini bizə qarşı frank modelini anlamayan yoxdur. Amma bizim zəfərimizin səbəblərindən biri də xarici-siyasi uğurun diplomatiyamızın qələbəsidir. İndi kimlərsə yaranmış bu gərginliklərdən istifadə edərək “mən belə demişdim deyə” ifadəsi və bu siyasi ritorika riyakarlığın bariz nümunəsidir. Bu şanlı tarixi yazanlar artıq imzasi ilə dünyada Azərbaycan modelinin varlığını nümayiş etdirdilər. Beynəlxalq münasibətlər sistemində çoxsaylı tərəfdaş ölkərimiz mövcuddur. Bu istər Avropa, istər digər birliklərə daxil olan ölkələr olsun. Bizim dövlətin qüruruna toxunacaq istənilən atılacaq addıma qarşı sərt və qətiyyətli mövqe nümayişi indi realliqlarda vacib və mütləqdir. COP-29 tədbirinin məhrələrinə danışanlar, orda çıxış edən ökələrin bəzilərinin bir daha öz siyasi maraqlarının nümayiş etdirilmə istəyi bizə qarşi ədalətsiz və haqsız mövqeyinin cavabı bu tədbiri məhvərindən çıxartmır. Tədbirin çox yüksək səviyyədə keçirilməsi və bütün tədbirə qarşı arparılan çirkin oyunların qarşısının alınması, yenədə bizi özünə düşmən hesab edən ölkələr və onların əl altılarını narahat etməyə bilməzdi. Tədbir başlamamışdan qabaq və indiyə qədər olan mövqelərinə işlətdikləri ifadələrə nəzər yetirsinlər, qısa müddət ərzində o qədər mövqe dəyişikliyi yalnız siyasi şizofreniklərə aiddir.
Seçilən
60
newscenter.az

1Mənbələr