AZ

OPEK Baş katibi Novakla danışdı: Nəyi müzakirə etdilər?

Rusiya Baş nazirinin müavini Aleksandr Novak OPEK-in baş katibi Haitham əl-Qayis ilə telefonla danışıb.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, Novak danışıqların əsas mövzusunun neft bazarındakı vəziyyət olduğunu deyib.

Onun sözlərinə görə, OPEC+ hazırda qlobal neft bazarındakı vəziyyəti balanslaşdırılmış kimi qiymətləndirir: “Bu gün biz cari vəziyyəti və proqnozları müzakirə etdik, ilk növbədə OPEC+ ölkələrinin fəaliyyəti sayəsində bugünkü bazarı balanslaşdırılmış kimi qiymətləndiririk”.

O qeyd edib ki, nazirlərin dekabrın 1-də keçiriləcək görüşündə alyans ölkələri “ilk növbədə bazarda sabit vəziyyətə yönəlmiş” qərarlar qəbul edəcəklər.

Əl-Qayis vurğulayıb ki, bundan əvvəl qlobal iqtisadiyyatda mövcud vəziyyətin təhlili, eləcə də dünyada neft tədarükünün həcmi və onun istehlakı ilə bağlı məlumatlar olacaq.

Musavat.com

Seçilən
15
musavat.com

1Mənbələr