AZ

"Tesla" robot taksini Avropa Birliyinəgöndərdi

"Tesla" öz yeni istehsalı olan "Cybercab" robot taksini Avropa Birliyinə göndərib.

Redaktor.az xəbər verir ki, sükanı və pedalı olmayan elektrik avtomobilləri “Tesla"nın Avropa üzrə satış nöqtələrində, xüsusən də Stokholm, Berlin, Oslo, Paris, London və Amsterdamda satışa çıxarılacaq.

"Tesla Cybercab" robot taksinin Avropa Turu noyabrın 20-də başlayıb və 31 dekabr 2024-cü ildə başa çatacaq. 

Rəsmi "Tesla" hesabatlarına görə, robot taksinin kütləvi istehsalı 2026-cı ildə başlayacaq. Onun qiyməti 30 min dollardan aşağı olacaq və "Tesla"nın Texasdakı nəhəng fabrikində istehsala buraxılacaq. 

İlon Mask daha əvvəl bəyan etmişdi ki, o, ildə ən azı 2 milyon robot taksi istehsal etməyi planlaşdırır.

Sevinc İBRAHİMZADƏ

Seçilən
23
1
redaktor.az

2Mənbələr