AZ

Bərbər, dərzi, bənna da güzəştli ipoteka ala biləcək?

Ölkəmizdə hər zaman gündəmdə olan məsələlərdən biri də güzəştli ipotekadır.

 

Modern.az xəbər verir ki, deputat Siyavuş Novruzov müəyyən sahələrdə çalışan şəxslərin də güzəştli ipoteka ilə ev almasını təklif edib.

 

"Bizim bənna, malyar, dərzi, bərbər vətəndaşlar dövlət qulluğunda çalışmırlar, nə üçün onlar ipotekadan bəhrələnməsinlər?! Vətəndaşın evi olmalıdır, ailə qurmalıdır. Əgər ev yoxdursa, çətinlik yaşayır və Bakıya gəlir. İpoteka kreditləri verilsə hesab edirəm ki, yerinə düşər”, - o qeyd edib.

 

Mövzu ilə bağlı İTV-yə danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, təklif olunan fikir həmin şəxslərin əlçatan mənzil proqramına qoşulmasına fürsət yaradır:

 

“Ustaların, fərdi sahibkarlıqla məşğul olan digər şəxslərin stabil gəlirləri olmur.Aydan-aya dəyişir. Ona görə də bu şəxslərə güzəştli şərtlərlə ipoteka verilməsi yaxşı bir haldır. Amma istənilən halda müəyyən risklər də nəzərə alınmalıdır ki, həmin şəxslərin stabil gəlirləri olmadığına görə, ödənişlərdə bəzi çətinliklər də yarana bilər. Ona görə də bunun mexanizmləri ilə bağlı qaydaların daha da dəqiq işlənilməsinə ehtiyac var”.

Seçilən
19
modern.az

1Mənbələr