AZ

"Windows 10"da nə baş verir? - "Microsoft" problemi təsdiqlədi

"Microsoft" "Windows 10"da proqramların yenilənməsi və silinməsi ilə bağlı problemlərin olduğunu təsdiqləyib. 

Valyuta.az xəbər verir ki, bu barədə məlumat şirkətin dəstək saytında yerləşdirilib.

Qeyd edilir ki, problem 12 noyabr 2024-cü ildə buraxılmış WinAppSDK 1.6.2 paketindədir. Bu paketdən asılı olan proqramı yeniləməyə çalışdığınız zaman "Microsoft Store"da xəta verir. "PowerShell" istifadə edərək paketlənmiş proqramları idarə edən İT administratorları HRESULT: 0x80073CFA xətası alıblar.

Nasazlıq bütün növ proqramlara təsir göstərir, o cümlədən "WinAppSDK" səhvinə görə, hətta "Microsoft Teams" və digər şirkət proqramları da yenilənə bilmir. Şirkətə görə, problemlər yalnız "Windows 10"un 22H2 versiyasına aiddir, ona görə də "Windows"un daha yeni versiyalarının istifadəçiləri bu xəta ilə qarşılaşmamalıdırlar.

"Microsoft" tezliklə "Windows Health Dashboard" veb-saytını problemlə bağlı yeni detallarla yeniləyib. Şirkət bildirir ki, xətanı aradan qaldırmaq üçün "Windows 10" 22H2 versiyası üçün ən son KB5046714 yeniləməsini quraşdırmalısınız.

Paşa Məmmədli


 

Seçilən
26
15
valyuta.az

10Mənbələr